BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda avtoqəza zamanı sürücünün qolu üzüldü - DƏHŞƏT

Yevlaxda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Pravda.az-ın məlumatına görə, hadisə Gülövşə kəndi istiqamətindən keçən magistral yolda baş verib.

Hadisə zamanı "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ 2106"-nın sürücüsü ağır xəsarət alıb, onun bir qolu üzülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, həmin sürücü avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.

APA

Tarix: 26 İyul 2021, 22:29   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin