BURADA REKLAMINIZ OLA
BİLƏR

Karapetyan Moskvadadır

Ermənistanın müdafiə nazirinin birinci müavini Arşak Karapetyan bu gün Moskvaya yola düşüb.

 

Pravda.az xəbər verir ki, Karapetyan səfəri çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.

 

Qeyd edək ki, dünən ordu generalı Sergey Şoyqu ilə Arşak Karapetyan arasında telefon danışığı olub.

 

Xatırladaq ki, Arşak Karapetyan iyulun 20-si ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tərəfindən bu vəzifəyə təyin edilib.

Tarix: 27 İyul 2021, 12:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin