BURADA REKLAMINIZ OLA
BİLƏR

“Allahşükür Paşazadənin bəyanatı zəfərimizin üstündən xətt çəkməyə bərabərdir” - AÇIQLAMA

"Allahşükür Paşazadədən belə bir bəyanat gözləməzdim. Bəyanat Vətən müharibəsindəki zəfərimizin əldə olunmasında dəstəyi olanların əməyini nəinki gözdən çıxarmağa, üstündən xətt çəkməyə bərabərdir".

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Ayətullah Xameneinin fətvasını Vətən müharibəsindəki qələbəmizin müjdəçisi adlandırması ilə bağlı danışarkən deyib.

 

 

Politoloq bildirib ki, əslində Şeyxülislamın verdiyi açıqlamanın dini bəyanat olduğunu, lakin  çox siyasiləşdirildiyini hesab edir: “İran torpaqlarımız işğal altında olduğu 30 il ərzində heç vaxt Azərbaycanı dəstəkləməyib. Müharibə vaxtı isə İranın Azərbaycanla bağlı verdiyi bəyanatda Həsən Ruhani deyirdi ki, Qarabağ İslam torpağıdır. Nəzərə alaq ki, onu da heç  Xamenei deməyib. Əgər İslam torpağı idisə, niyə 30 il ərzində bununla bağlı heç bir bəyanat, nə də əməli addım atılmırdı?! İşğal altında olan ərazilərdəki məscidlərdə donuz saxlanılırdı, 30 il ərzində Qarabağda yaşayanlardan biri də müsəlman deyildi, orada ancaq qriqoryanlar yaşayırdı. Şəhidlik məsələsinə gəlincə isə, Quranda qeyd olunub ki, Vətəni, namusu uğrunda canından keçənlər şəhid sayılır. Bizim minlərlə övladımız şəhidlik zirvəsinə ucaldı və bunun üçün də Xameneinin fətvasına ehtiyac yoxdur. Hesab edirəm ki, bu, yalnız Azərbaycana qarşı deyil, eyni zamanda dövlətimizə Vətən müharibəsi dövründə yaxından dəstək olan dost, qardaş ölkələrə qarşı da hörmətsizlikdir  İran fətva vermək istəyirdisə, elə bu 30 il müddətində verərdi".

Tarix: 27 İyul 2021, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin