BURADA REKLAMINIZ OLA
BİLƏR

BDU-nun rektorunun müşavirini bıçaqlayan şəxsin kimliyi məlum oldu

Bakı Dövlət Universitetinin rektorunun (BDU) Maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant bıçaqlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü İsimxan Mirzəyev polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

 

“Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - E.Hacıyev bildirib.

Tarix: 27 İyul 2021, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin