BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı diaspor rəhbəri koronavirusdan dünyasını dəyişdi

Rusiya Federasiyasının Kareliya Respublikasındakı Azərbaycan diasporunun rəhbəri Akif Quliyev 62 yaşında vəfat edib.

 

Pravda.az-ın məlumatına görə, Akif Nəcəf oğlu Quliyev koronavirusdan dünyasını dəyişib.

 

Qeyd edək ki, Akif Quliyev Rusiya Federasiyasının Kareliya Respublikasında fəaliyyət göstərən "Odlar yurdu" Regional Azərbaycan milli - mədəni muxtariyyətinin sədri, Kareliya Respublikası hökuməti yanında Məsləhət Şurasının üzvü olub.

 

APA

Tarix: 27 İyul 2021, 23:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin