BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyə Nazirliyi vətəndaşlara müraciət etdi - "Sosial şəbəkələrdə yayılan məlumatlara inanmayın"

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlarla əlaqədar vətəndaşlara müraciət edib.


Pravda.az-ın xəbərinə görə, Nazirliyin mətbuat katibi Pərviz Əbubəkirov bildirib ki, mütəxəssis olmayan şəxslər “WhatsApp”da cürbəcür səsli mesajlar paylaşırlar: “Səhiyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, İcbari Tibbi Sığorta Agentliyinin və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) saytlarında, “facebook” səhifələrində insanlara koronavirusla bağlı hansı tədbirlərin görülməsi lazımdırsa, onlara tövsiyələr çatdırılır. Ona görə də vətəndaşlarımız gərək sosial şəbəkələrdə bu sahənin mütəxəssisi olmayanların paylaşdıqlarına inanmasınlar və rəsmi qurumların məlumatlarına istinad eləsinlər, onlara inansınlar”.Report

Tarix: 30 Yanvar 2020, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin