BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan, Türkiyə və Pakistan dövlət başçıları arasında üçlü format yaradıla bilər

“Dünən Azərbaycan, Türkiyə və Pakistan parlament sədlərinin üçlü görüş formatı çərçivəsində görüşdük”.

 

Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

 

Türkiyə Böyük Millət Məclisinin sədri deyib ki, bu təşəbbüsün müəllifi Milli Məclisin sədri Sahibə Qafarova olub: “Bu üç ölkənin xarici işlər nazirlərinin belə üçlü formatı var, dünən parlament sədrləri arasında belə format yaratmağı qərara aldıq. Növbəti görüşü 2022-ci ildə Pakistanda keçirəcəyik. Daha sonra Azərbaycan, Türkiyə və Pakistan dövlət başçıları arasında üçlü format yaradıla bilər”.

Tarix: 28 İyul 2021, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin