BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu cür təxribatlar Ermənistan üçün ağır nəticələnə bilər” - RƏY

"Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara keçməmək və problemi diplomatik yolla həll etmək üçün çalışır. Lakin Ermənistan bilməlidir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edir və bizim hərbi, iqtisadi və maliyyə potensialımız Ermənistankından qat-qat çoxdur. Bu cür təxribatlar Ermənistan üçün ağır nəticələnə bilər".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Ermənistanın Kəlbəcərdə törətdiyi təxribata münasibət bildirərkən deyib.

 

 

Deputat qeyd edib ki, Ermənistanın vaxtaşırı davam edən təxribatları müəyyən problemlər yaradır: "İlk növbədə, sülh müqaviləsinin imzalanmasını ləngidir. Eyni zamanda, Ermənistan-Azərbaycan sərhədinin müəyyənləşdirilməsi üçün ciddi maneələr törədilir. Azərbaycanın bunun qarşısını alması üçün kifayət qədər imkanları var. Təxribatlara davam etməklə Ermənistan özü üçün ciddi problemlər yaradır. Müharibədən sonra hələ də özünə gələ bilmir. Hərbi təxribatlara əl atması Ermənistanda ölkədaxili problemlərin artmasına gətirib çıxarır. Ermənistan resurslarının əhəmiyyətli hissəsini hərbi təxribatlara xərcləmiş olur. Azərbaycan çalışır ki, genişmiqyaslı hərbi əməliyyatlara keçməsin və hələ də problemin diplomatik yolla həll edilməsinə səy göstərir. Lakin Ermənistan bilməlidir ki, Azərbaycan ərazi bütövlüyünü müdafiə edir və bizim hərbi, iqtisadi və maliyyə potensialımız Ermənistankından qat-qat çoxdur. Bu cür təxribatlar Ermənistan üçün ağır nəticələnə bilər. İstənilən halda, Azərbaycan problemin dinc yolla həll edilməsi üçün çalışır".

 

Nəzrin Cavid

Tarix: 28 İyul 2021, 11:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin