BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Jurnalistlər hədiyyə almaq üçün bir-birini qırır"

Ötən həftə bir qrup media və QHT nümayəndəsi jurnalistlər üçün tikilmiş üçüncü binadakı mənzillərin şəhid və qazi ailələrinə verilməsini təklif etdi. Bu məsələ sosial şəbəkələrdə də müzakirələrə səbəb oldu.

 

Hətta bəzi şəxslər jurrnalisikanı "ucuzlaşdırılmış peşə" adlandırdılar. Onların fikrincə, jurnalistikanın nüfuzdan düşməsi qeyri-peşəkarların bu sahəyə axın etməsiylə bağlıdır. Maraqlıdır, jurnalistika niyə ucuzlaşdırılmış peşə hesab olunur? Mətbuatı qeyri-peşəkarlardan necə təmizləmək olar? Jurnalistikanın əvvəlki nüfuzunu qaytarmaq mümkündürmü? Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış media eksperti, hüquqşünas Ələsgər Əhmədoğlu təzyiqlər səbəbindən gerçək jurnalistikanın itib getdiyini söyləyib: “Jurnalistika əslində ucuz peşə deyil. Sadəcə jurnalistikaya çox böyük təzyiqlər olduğu üçün gerçək jurnalistika itib gedir və peşəkar jurnalistlər Azərbaycanı tərk edirlər. Nəticə etibarı ilə ortada jurnalistika adından istifadə edənlər qalır. Azərbaycanda baş verən proseslər təəssüf ki, yeni deyil. Son 15-20 ildir ki, media qurumları hökümətə yaxın təbliğat maşınına çevriliblər. Bu səbədən də hökümət onları mükafatlandırır. Mükaftalandıraraq onları nəzarət altında saxlamağa çalışırlar. Son baş verən də bunun nəticəsidir”.

 

Ə.Məmmədli jurnalistin peşə etik davranış qaydalarına əsasən kimsədən hədiyyə almamalı olduğunu bildirib: “Jurnalistika özünün prinsipləri olan bir peşədir. Azərbaycan jurnalistlərinin özünün peşə etik davranış qaydaları var. Həmin qaydalara əsasən jurnalist heç kimsədən hədiyyə almamalıdır. Amma indi gerçəyə baxsaq görərik ki, jurnalistlər hədiyyə almaq üçün bir-birini qırır. Əslinə qalsa, bu qeyri-peşəkar söhbəti də deyil. Ortada jurnalistika ilə problem varsa, bunu həm peşəkarlar, həm də qeyri-peşəkarlar yaşayır”.

 

Hüquqşünas jurnalistikanın əvvəlki nüfuzuna qayıtması üçün xüsusi mükafatlardan imtina etməli olduğunu qeyd edib: “Jurnalistikaya münasibət dəyişməlidir. İnformasiya azadlığı, məhkəmə müstəqilliyi, mediadan təsisçiliyi təmin olunmalıdır. Dövlət büdcəsindən birbaşa ayrılan vəsaitdən imtina edərək, daha sistemli vergi güzəştləri, ipoteka güzəştləri olmalıdır. Bir sözlə, jurnalist onun reputasiyasına zərər verən hadisəyə qarışmamalıdır. Yəni ona verilən imtiyazlardan imtina etməlidir”.

Tarix: 28 İyul 2021, 13:56   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin