BURADA REKLAMINIZ OLA
BİLƏR

Cərəyanla balıq ovlayan şəxs saxlanıldı - FOTO

Mingəçevirdə elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu edən şəxs saxlanılıb. 


Pravda.az-ın xəbərinə görə, hadisə Qarayazı Dövlət Təbiət Qoruğunun 3 saylı Sadıxlı meşəbəyliyi ərazisində baş verib. Belə ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir və Şəmkir Xətt Polis Məntəqəsi əməkdaşları ekoloji cinayətlərin törədilməsində iştirakı olan şəxslərin müəyyən edilməsi məqsədilə keçirdikləri əməliyyat tədbirləri zamanı çayda elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlayan Qazax rayon Sadıxlı kənd sakini, 1983-cü il təvəllüdlü Osmanov Ramil Tofiq oğlu saxlanılıb. Ondan elektrik cərəyanı yaradan mühərrik, 25 metr elektrik naqili, bir ədəd balıq ovu vasitəsi və 13 ədəd daban balığı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Tarix: 30 Yanvar 2020, 16:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin