BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Əbülfəs Qarayev Beynəlxalq Hava Limanından geri qaytarılıb? - Sabiq nazirdən AÇIQLAMA

Keçmiş mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səhhətində yaranan problemə görə xaricə getmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarılması barədə məlumatlar yayılıb.

Modern.az informasiyanın doğru olub-olmadığını dəqiqləşdirmək üçün sabiq nazirin özü ilə əlaqə saxlayıb. O, haqqında yayılan xəbəri yalanlayıb.

“Mənim bu hadisədən xəbərim yoxdur. Sonuncu dəfə hava limanında keçən ilin fevral ayında olmuşam. Həmin vaxt səfərimi yerinə yetirib Azərbaycana qayıtmışam. Bu il ümumiyyətlə hava limanına daxil olmamışam”.

Xatırladaq ki, Əbülfəs Qarayev 21 may 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 2020-ci il mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi.

Tarix: 28 İyul 2021, 18:48   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin