BURADA REKLAMINIZ OLA
BİLƏR

Leyla Abdullayeva: "Ermənistandakı müəssisələr zəhərli tullantıları Oxçuçaya axıdaraq bölgənin ətraf mühitini zəhərləyir"

"Ermənistandakı hasilat və emal müəssisələri zəhərli tullantıları Oxçuçay çayına axıdaraq bölgənin ətraf mühitini zəhərləyir".

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də bildirib.

 

Onun sözlərinə görə, bu tullantılar çayın faunasını məhv edir və insan sağlamlığı üçün təhlükəlidir.

 

"İnsanlar və ətraf mühitin zəhərləndirilməsi dayanmalıdır!", Azərbaycan XİN sözçüsü vurğulayıb.

Tarix: 28 İyul 2021, 19:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin