BURADA REKLAMINIZ OLA
BİLƏR

Mülk məsələsinə görə adının hallandırılmasına münasibət bildirdi: “Hər küçədən keçənə cavab vermək niyyətim yoxdur”

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Bakının Bilgəh qəsəbəsi ərazisində yerləşən mülkə görə adının hallandırılmasına münasibət bildirib.

 

A.Şakiroğlu Pravda.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı geniş danışmaq niyyətində deyil: “Nəzərə alın ki, partiya sədriyəm. Barəmdə çox insan danışa bilər. Hər küçədən keçənə cavab vermək kimi bir niyyətim yoxdur. Azərbaycan hüquqi dövlətdir. Hər kəs də qanun qarşısında bərabərdir. Boş adamların mənasız ittihamlarına cavab verməyi öz statusuma uyğun bilmirəm. Kimsə nədənsə narazıdırsa, buyurub məhkəməyə və digər aidiyyatı qurumlara müraciət etməkdə sərbəstdir. Bu mövzuda deyə biləcəyim başqa söz yoxdur”.

 

Qeyd: Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə və tərəfdarları Bilgəh qəsəbəsində onlara məxsus mülkün hazırda ABŞ-da yaşayan sabiq spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi tərəfindən zəbt edildiyini iddia edirlər. Onlar bildirirlər ki, prosesi Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu həyata keçirir. Partiya sədri bir neçə il əvvəl açıqlamasında bildirmişdi ki, ərazi ona sabiq spiker tərəfindən hədiyyə edilib, sadəcə, Qalib Salahzadə tərəfindən zəbt edilib. Ortada Ali Məhkəmənin qüvvədə olan qərarı var. Hazırda isə məsələ qanuni yolla (məhkəmə qərarı vasitəsilə) həll edilib.

 

Aslan

Tarix: 28 İyul 2021, 20:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin