BURADA REKLAMINIZ OLA
BİLƏR

“Daha müxalifətçiliyə yer qalmayıb” - Flora Kərimova

“Müxalifət olsaydım, gərək məni çox ağıllı insanların siyahısına yazaydılar. Müxalifət - əsl, əldəqayırma yox - çox ağıllı olmalıdır. İqtidarı haqsız çıxarmağa faktları, məntiqi və cəsarəti olmalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Xalq artisti Flora Kərimova deyib.

 

F.Kərimova bildirib ki, çoxu sponsor gücünə müxalifətdir: “Məni onların arasına yazmayın. Təbii ki, hamısını demirəm, çünki mən də həmin çeşmədən su içmişəm. Mənsə heç vaxt su içdiyim qaba tüpürmərəm. Müxalifət – siyasətçi olmalıdır. Adını daşımamalıdır, özü olmalıdır. Müxalifət - intellektlə, vətənə olan sevginin vəhdətidir. Bir də ki daha müxalifətçiliyə yer qalmayıb. Çünki iqtidar millətimlə, şəhidlərin qanı ilə məni bir insan kimi ucaltdı. Hamımızı xalq, millət kimi ucaltdı. Həmişə deyirəm ki, vətəni ürəklə sevib, ağılla qoruyarlar.”

 

Meydan TV

Tarix: 28 İyul 2021, 21:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin