BURADA REKLAMINIZ OLA
BİLƏR

Dağıdılan erməni postunun FOTOLARI

Erməni  KİV-ləri ötən gecə Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun Azərbaycan ordusu bölmələrinin cavab tədbirləri nəticəsində dağıdılan postunun fotolarını yayıb. 

Pravda.az xəbər verir ki, posst köhnə vaqondan və ətrafına yığılmış qum dolu kisələrdən ibarətdir. Kadrlara əsasən postda qan izləri, ətrafa dağılmış ləvazimatlar görünür.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Ermənistan ordusunun bölmələri iyulun 28-də gecə saatlarında ordumuzun dövlət sərhədinin Kəlbəcər istiqamətindəki mövqelərinə qarşı yenidən təxribata əl ataraq müxtəlif çaplı silahlardan atəşə tutub. 

Azərbaycan ordusu adekvat cavab tədbirləri görüb, döyüşlər səhər saatlarına qədər davam edib. Səhər saat 10 radələrində Rusiya sülhməramlı qüvvələrinin komandanlığının vasitəçiliyi ilə atəşkəs barədə razılaşma əldə olunub. 

Erməni tərəfinin döyüşlərdə tankları və 120 millimetrlik minaatanları da işə saldığı bildirilir. Döyüşlərdə erməni tərəfi 3 hərbçisini itirib, 4 nəfər yaralanıb. Azərbaycan ordusunun 2 hərbçisinin yaralandığı bildirilir.

 

Dağıdılan erməni postunun qanlı – Fotoları
Dağıdılan erməni postunun qanlı – Fotoları
Dağıdılan erməni postunun qanlı – Fotoları
 


Tarix: 29 İyul 2021, 08:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin