BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bəzi qüvvələr Qarabağda gördüyümüz işləri ləkələmək istəyirdilər”

“Bu gün dünyanın hər yerində olduğu kimi türk dünyasının da qarşılaşdığı ən vacib problemlər sırasında sistemli dezinformasiya və yalan terroru da var. Türkiyə olaraq dezinformasiya ilə mübarizədə uzun bir yol qət etmişik. Ancaq hələ də görəcəyimiz işlər var. Vətəndaşlarımızı saxta xəbərlərdən qorumaq üçün lazım olanı edirik”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.

 

Onun sözlərinə görə, bəzi dairələr sosial media platformalarından istifadə edərək Türkiyənin Suriyada, Liviyada və Azərbaycanın Qarabağ bölgəsində sülh və sabitliyi qorumaq üçün gördüyü işləri, əməkdaşlıq etdiyi qüvvələri ləkələməyə cəhd göstəriblər: “Bu cəhdlərin qarşısını aldıq”.

Tarix: 29 İyul 2021, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin