BURADA REKLAMINIZ OLA
BİLƏR

“Səfirlər Azərbaycanın biznes mühiti haqqında xarici şirkətlərə məlumat verib cəlb etməkdə fəallıq göstərməlidirlər”

“İqtisadiyyatı və ixracı şaxələndirməklə neft-qaz gəlirlərindən asılılıq səviyyəsinin azaldılmasına qısa müddətdə nail olmaq istəyən Azərbaycan üçün qeyri-neft sektoru sahələrinə, xüsusilə emal sənayesinə birbaşa xarici investisiyaların cəlb edilməsi  xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın  milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində 2025-ci ilədək hökumətin nail olmağı qarşısına qoyduğu 4 hədəf indikatorunun birincisi “qeyri-neft sektoruna inkişafına yönəldilib. Böyük həcmdə karbohidrogen ehtiyatlarına malik Azərbaycanın neft-qaz sektoru hər zaman xarici investisiyalar üçün cəlbedici olub”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat qeyd edib ki, 2000-2017-ci illər dövründə ölkə iqtisadiyyatına yönəldilən 77.8 milyard ABŞ dolları məbləği neft-qaz sektorunun payına düşüb: “Ölkənin qeyri-neft-qaz sektoru, xüsusilə emal sənayesi həmin dövrdə xarici investorlarda kifayət qədər maraq yarada bilməyib. Ölkənin neft-qaz hasilatı sektorunda xarici investorların bu qədər fəal olduğu bir şəraitdə qeyri-neft-qaz sahələrinə onların marağının belə az olması düşündürücü bir vəziyyətdir. Bu sektorlara xarici investorların cəlb edilməsinin artımına nail olmaq üçün xarici investorları çəkindirən amillərin aşkara çıxarılması və bunların aradan qaldırılmasına görə tədbirlərin həyata keçirilməsi vacibdir”.

 

M.Cəfərov bildirib ki, investisiya fəallığının artırılması istiqamətində son 3 ildə hökumət təsirli qərarlar  qəbul edib: “Bunun üçün xarici investorların ölkə və onun gözlənilən inkişaf perspektivləri haqqında, ölkədə biznes və investisiya mühiti, bu mühitdə baş verən dəyişikliklər barəsində kifayət qədər məlumatı olmalıdır. 2015-ci ilin ortalarından etibarən Azərbaycan hökuməti tərəfindən ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması üçün çox sayda qərarlar qəbul edilib və tədbirlər həyata keçirilib. İnvestisiya stimulları və ümumiyyətlə, ölkədə biznes və investisiya mühiti barədə məlumatlar müəyyən qədər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun saytında 3 dildə yerləşdirilib. Bu sahədə xarici ölkələrə təyin olunan səfirliklərə də iş düşür. Onlar Azərbaycan biznes mühiti, təbii sərvətləri, iqlimi haqqında xarici şirkətlərə məlumat verib cəlb etməkdə fəallıq göstərməlidirlər”.

 

Kənan

Tarix: 29 İyul 2021, 13:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin