BURADA REKLAMINIZ OLA
BİLƏR

"Biri deyir ki, Elçibəyin ailəsindən heç kim Vətən müharibəsində iştirak etməyib, o biri deyir..." - Tural Abbaslı

"Elçibəyin kölgəsində böyüyənlər, onun hesabına ad qazananlar indi özlərini Elçibəydən böyük görməyə başlayıblar. Yəni, Ərturqut bəyin toyu bəziləri üçün, sadəcə, bəhanədir".

 

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

Partiya sədri bildirib ki, hazırda Elçibəyin ruhu, onun xatirəsi və əmanəti ilə müharibə gedir: "Elçibəyin kölgəsində böyüyən, onun hesabına ad qazanmışlar indi özlərini Elçibəydən böyük görməyə başlayıblar. Biri deyir, Elçibəyin ailəsindən heç kim Vətən müharibəsində iştirak etməyib, o biri deyir, filan lider ondan daha güclüdür və s. Maraqlısı budur ki, bu fikirləri heç kim öz dilindən səsləndirmir, ətraflarındakılara dedirdir. Bu, oturduğun budağı baltalamaq deməkdir. Yanlış siyasətdir. Elçibəy Azərbaycan tarixində iz qoymuş tarixi şəxsiyyətdir. Əslində xalq bu hadisə sayəsində yaxşı ki, Elçibəyin kölgəsində böyüyənləri tanımış oldu".

 

Qeyd: Bir neçə gün öncə, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin toy mərasimi baş tutub. Bir qrup şəxs Elçibəyin oğlunu keçmiş cəbhəçiləri, müxalifət nümayəndələrini toya dəvət etmədiyi üçün tənqid edib.

 

Nəzrin Cavid

Tarix: 29 İyul 2021, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin