BURADA REKLAMINIZ OLA
BİLƏR

İran XİN: Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmini üçün vasitəçi olmağa hazırıq

İran Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmini üçün vasitəçi olmağa hazır olduğunu bildirib.

 

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

 

XİN sözçüsü beynəlxalq sərhədlərə bütün tərəflərin hörmətlə yanaşmasının zəruriliyini vurğulayıb və qeyd edib ki, İran Qafqaz bölgəsində tez bir zamanda davamlı sülhün təmini üçün hər növ yardım etməyə hazırdır.

 

S.Xətibzadə Ermənistan-Azərbaycan sərhədində son günlər baş verən gərginlik və hər iki ölkədən bir neçə nəfərin ölümü və yaralanmasına görə təəssüfləndiyini bildirib. O, hər iki ölkəni təmkinli olmağa və sərhəd ixtilaflarını dinc yolla həll etməyə çağırıb.

 

APA

Tarix: 29 İyul 2021, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin