BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə müalicə alan Vətən müharibəsi qazisi vəfat etdi

Türkiyədə müalicə alan Vətən müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu vəfat edib.

 

Qazi bu gün səhər saatlarında müalicə aldığı Ankaranın Hacettepə xəstəxanasında dünyasını dəyişib.

 

Məlumata görə, onun nəşinin Azərbaycana gətirilməsində problem yaranıb.

 

Qazinin Bakıda “German” hospitalda əməliyyat olunduğu, həkim səhlənkarlığına görə vəziyyətinin kəskin pisləşdiyi və Ankaraya aparıldığı bildirilirdi.

 

Qeyd edək ki, qazimizin Türkiyədə müalicə alması və köməyə ehtiyacı olması ilə bağlı mətbuatda məlumat yayıldıqdan sonra “Qafqazinfo” qazinin qardaşı Ramil Cahangirli ilə əlaqə saxlayaraq H. Cahangirlinin vəziyyəti ilə maraqlanmışdı. O, fikirlərinin yanlış anlaşıldığını əsas gətirərək bildirmişdi ki, ailəsinin maddi deyil, mənəvi köməyə ehtiyacı var: “Biz istəyirik ki, aidiyyəti dövlət qurumları qardaşımla maraqlansınlar, ən azı zəng edib əhvalını soruşsunlar. Biz pul yığmaq üçün mətbuata müsahibə verməmişik”.

 

Qeyd edək ki, baş leytenant Prezident İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.

 

Bakupost

Tarix: 29 İyul 2021, 15:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin