BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycanın İsraildə Ticarət Nümayəndəliyinin açılması mühüm hadisədir"

"Azərbaycanın İsraildə turizm və ticarət nümayəndəliyinin açılması mühüm hadisələrdən biridir".

 

Pravda.az-ın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı keçmiş səfiri Dan Stav videomüraciətində bildirib.

 

"Azərbaycanın İsraildə turizm və ticarət nümayəndəliyinin açılması iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində mühüm hadisələrdən biridir.

 

Bu tədbirin iki ölkə arasındakı münasibətləri, xüsusilə iqtisadiyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı, sağalamlıq və bir çox digər mülki sahələrdə daha da inkişaf etdirəcəyinə inanıram", - deyə Dan Stav qeyd edib.

 

Qeyd edək ki, Dan Stav 2015-2019-cu illərdə İsrailin Azərbaycanda səfiri olub.

Tarix: 29 İyul 2021, 16:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin