BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev Türkiyəyə başsağlığı verdi

 

Milli Məclisin sədr müavini Adil Əliyev Türkiyəyə meşə yanğınları zamanı həlak olanlarla bağlı başsağlığı verib.

 

Pravda.az-ın xəbərinə görə, A.Əliyev bu barədə “Facebook” hesabında yazıb.

 

“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, yanğın zamanı nəticəsində qardaşlarımızın həyatlarını itirməsi xəbəri bizi çox sarsıtdı. Baş vermiş hadisə nəticəsində həlak olanlara Allahdan rəhmət, habelə ailələrinə, yaxınlarına səbr diləyirəm” – vitse-spiker qeyd edib.

Tarix: 30 İyul 2021, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin