BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəzail Ağamalı: “Deputata yaraşan hərəkət deyil, buna görə Eldəniz Səlimovu qınayıram”

"Millət vəkilləri məzuniyyətdən qayıtdıqdan sonra Eldəniz Səlimovla bağlı məsələ İntizam Komissiyasında müzakirəyə çıxarılacaq. Məzuniyyət müddətində heç bir tədbir görülə bilməz, çünki İntizam komissiyasının üzvlərinin biri Bakıda, biri xaricdə, kimisə öz şəxsi işləri ilə məşğuldur".

 

Bunu Pravda.az- a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib.

 

Deputat bildirib ki, hadisənin baş verməsinə təəssüflənir və Eldəniz Səlimovu qınayır: "Milli Məclisin deputatı Eldəniz Səlimovun polisi döyməsi faktı Daxili İşlər Nazirliyi tərəfindən təsdiqləndi. Mən buna təəssüf edirəm, belə hadisə baş verməli deyildi. Deputata yaraşan hərəkət deyil, buna görə Eldəniz Səlimovu qınayıram. Millət vəkilləri məzuniyyətdən qayıtdıqdan sonra məsələ İntizam Komissiyasında müzakirəyə çıxarılacaq. Məzuniyyət müddətində heç bir tədbir görülə bilməz, çünki İntizam komissiyasının üzvlərinin biri Bakıda, biri xaricdə, kimisə öz şəxsi işləri ilə məşğuldur. Deputatları bir araya toplamaq kifayət qədər problemli məsələdir. Məzuniyyət müddətində hansısa tədbirlərin görülməməsi heç kimdə narazılıq yaratmamalıdır. Milli Məclis məsələnin müzakirəsindən imtina etmir".

 

Qeyd: Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktını təsdiqləyib.

Tarix: 30 İyul 2021, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin