BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldar Quliyev: “Birinci dəfədir eşidirəm ki, hansısa deputat polisi döyür”

"Birinci dəfədir eşidirəm ki, hansısa deputat polisi döyür. Bu, qəbuledilməzdir".

 

Bunu Pravda.az- a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

 

Deputat bildirib ki, hadisə barədə ümumiyyətlə xəbərsizdir: "Hər ikisi xalqın seçdiyi adamlardır. İstər polislər, istər deputatlar dövlətçiliyə xidmət edirlər. Yəqin ki, məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyası tədbir görəcək. Eldənizlə Səlimovla bağlı bu hadisəni sizdən öyrənirəm, məzuniyyətdəyəm, mətbuatı izləmirəm".

 

Qeyd: Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktını təsdiqləyib.

Tarix: 30 İyul 2021, 13:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin