BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sürücü avtomobilini Heydər Əliyevin şəkli ilə pərdələdi – 100 faizlik plyonka

Bu gün Azərbaycan Nəşriyyatının qabağında park edilən bu avtomobil hamının diqqətini cəlb edib. Fotodan da görünür ki, avtomobilin hər tərəfinə görünməz 100 faizlik "plyonka” çəkilib. Maraqlıdır ki, sürücü kobud şəkildə qanun pozuntusunu mərhum Heydər Əliyevin şəkili ilə pərdələməyə çalışır.

 

Pravda.az-ın xəbərinə görə, sürücü Azərbaycan Nəşriyyatında yerləşən redaksiyalardan birinin jurnalist vəsiqəsini daşıyır. Yaxşı olardı ki, DYP qanunun tələblərini kobud şəkildə pozan VAZ -2107 markalı, 10 SD 477 dövlət nömrə nişanlı bu avtomobillə bağlı tədbir görsün.Azinforum.az

Fotoları təqdim edirik
Tarix: 30 Yanvar 2020, 20:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin