BURADA REKLAMINIZ OLA
BİLƏR

“Millət vəkili öz seçicisinə necə əl qaldıra bilər?”

“Eldəniz Səlimov adlı deputat polisi döyməsiylə gündəmə gəldi. Maraq üçün Vikipediyada haqqında yazılanlara baxdım. Adam Dağıstanda - diplomları Azərbaycanda tanınmayan - bir universitet bitirib və 2 çağırış parlamentə üzv seçilib. Yeni Azərbaycan Partiyasının da üzvüdür. Bu cür adamları necə tapırlar, hardan tapırlar və Milli Məclisi necə hörmətdən salırlar?!”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat, “Teleqraf” holdinqin rəhbəri Aynur Camal deyib.

 

“Bir müddət əvvəl mandatını girov qoyaraq insanlardan pul alan, hazırda həbsdə olan deputat (Rafael Cəbrayılov), sonra Moldovadan başqasının uşağını qaçıran deputat (Ramil Həsən) gündəmi zəbt elədi, indi də polisi döyən deputat. Qanunverici orqanın üzvü qanun keşikçisini döyür! Tam bir absurd! Yeni Azərbaycan Partiyası yəqin ki, məsələyə öz siyasi qiymətini verəcək. 30-40 min seçicinin təmsilçisi sözün əsl və yaxşı mənasında fərqlənməlidir, ona səs verən insanların fövqündə durmalıdır. O döyülən polis həm də o deputatın seçicisidir axı. Millət vəkili öz seçicisinə necə əl qaldıra bilər? Müharibədən çıxmış qalib ölkənin deputatı üstəlik, pandemiya şəraitində beləmi davranmalıdır insanlarla? Bu mənəviyyat sahibləri hansı haqla Cənab Prezidentin komandasında yer ala bilər və almalıdır? Qalib ölkənin qalib Prezidentinin komandadında belə şəxslərə yer olmamalıdır. Ümid edirəm ki, ölkənin aparıcı siyasi qüvvəsi olan YAP və Milli Məclisin İntizam Komitəsi bu şəxslə bağlı digərlərinə görk olacaq bir addım atacaq” – A.Camal bildirib.

Tarix: 30 İyul 2021, 13:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin