BURADA REKLAMINIZ OLA
BİLƏR

“YAP Eldəniz Səlimovla bağlı məlumat paylaşmaqda gecikdiyi üçün xalqdan üzr istəməlidir”

"Ya Yeni Azərbaycan Partiyası fəaliyyət göstərmir, ya da bu qurum xalqın həssaslığını ciddi qəbul etmir. Deputat Eldəniz Səlimovun mandatı ləğv edilsə belə, YAP məlumat paylaşmaqda gecikdiyi üçün xalqdan üzr istəməlidir".

 

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

Partiya sədri bildirib ki, xəbərin təsdiqlənməsidən 5-6 saat keçib, mətbuatda hər kəs, az qala Azərbaycanın Mozambikdəki nümayəndəliyi də hadisəyə münasibət bildirib, amma YAP-dan xəbər çıxmır: "Daxili İşlər Nazirliyinin hadisəni təsdiqləməsinin üstündən saatlar keçib. Bu qədər vaxt ərzində ölkələr bir-biri ilə müharibə edir, sülh müqavilələri imzalanır, raketlərlər kosmosa qalxıb düşür, ancaq Yəni Azərbaycan Partiyası öz deputatın xuliqanlığı ilə bağlı mövqe bildirmir. Bunun iki səbəbi ola bilər. Birincisi, ehtimal olunur ki, YAP-da struktur yoxdur və ümumiyyətlə fəaliyyət göstərmirlər və ya parlamentə "soxduqları" deputatın xuliqanlıq etməsindən xəbərləri yoxdur. Ya da YAP cəmiyyətin məsələ ilə bağlı həssasiyyətini ciddi qəbul etmir. Partiya gecikib. Hətta deputat Eldəniz Səlimovun mandatı ləğv edilsə belə, YAP xalqdan üzr istəməlidir. Onu da qeyd edim ki, Eldəniz Səlimovun məsələsi ilə bağlı Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalının açıqlamasını oxudum, olduqca yumşaq yanaşıb. Məzuniyyətdəyəm, qayıdandan sonra məsələyə baxılacaq və s. Bu, doğru deyil. Hesab edirəm, Fəzail Ağamalı bir deputat kimi öz mövqeyini ortaya qoymalı və Eldəniz Səlimovun mandatının ləğv edilməsinin tərəfdarı olduğunu bildirməli idi".

 

Xatırlatma: Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktını təsdiqləyib. DİN-nin bəyanat verməsindən saatlar keçsə də, deputat Eldəniz Səlimovun təmsil etdiyi Yeni Azərbaycan Partiyası məsələ ilə bağlı hələ də rəsmi məlumat paylaşmayıb.

 

Qeyd: YAP mətbuat xidməti bir neçə dəqiqə öncə, məsələyə qısa münasibət bildirib: “Baş vermiş hadisədən təssüf hissi keçiririk. Faktla bağlı hüquq-mühafizə orqanlarında aşardırmalara başlanılıb, məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək”.

 

Nəzrin Cavid

Tarix: 30 İyul 2021, 15:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin