BURADA REKLAMINIZ OLA
BİLƏR

Tokio-2020: Bu gün Azərbaycan və Ermənistan boksçuları qarşılaşacaq

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.

 

Pravda.az-ın məlumatına görə, boksçu Cavid Çələbiyev 1/8 final görüşünə çıxacaq.

 

63 kq çəki dərəcəsində yer alan dünya çempionu Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.

 

Çələbiyev 1/16 finalda ukraynalı Yaroslav Hartsizə 5:0 hesabı ilə qalib gəlib.

 

Tokio-2020

 

30 iyul

 

Boks

 

63 kq

 

07:36. 1/8 final. Cavid Çələbiyev - Ovannes Baçkov (Ermənistan)

 

Qeyd edək ki, indiyədək Azərbaycanın 22 idmançısı mübarizəni dayandırıb, 2-si medal qazanıb.

Tarix: 31 İyul 2021, 00:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin