BURADA REKLAMINIZ OLA
BİLƏR

İmişlidə polis bıçaqlandı

İmişli rayonunda polis əməkdaşı bıçaqlanıb.

 

Pravda.az-ın məlumatına görə, hadisə İmişli və Biləsuvar rayonlarının sərhədində yetləşən məcburi köçkün düşərgəsində baş verib.

 

Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, 1987-ci il təvəllüdlü Qurbanov Qurban Əbülfət oğlu qəsəbə sakini tərəfindən bıçaqlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı olan polis serjantı Q.Qurbanov boğazından, qarın və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

 

Hadisəni törədən şəxs saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 31 İyul 2021, 01:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin