BURADA REKLAMINIZ OLA
BİLƏR

Ən yüksək balı onlar topladı

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iyulun 30-da müəllimlərin işə qəbulu müsabiqəsində tarix və coğrafiyadan fənləri üzrə imtahanlar keçirilib.

 

Pravda.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, imtahanlara ümumilikdə 3 min 63 namizəd dəvət olunub.

 

Coğrafiya fənni üzrə ən yüksək balı – 58 Leyla Əsgərli, tarix fənni üzrə isə Zahid Qasımov və Sadiq Rzayev - 57 bal toplayıb.

 

Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.

Tarix: 31 İyul 2021, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin