BURADA REKLAMINIZ OLA
BİLƏR

Gədəbəydə əməliyyat keçirildi

Gədəbəydə yabanı halda bitən çətənə kolları məhv edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Dəyə-Qarabulaq kəndinin yaylaq ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

 

Ümumi çəkisi 932 kiloqram olan 1 432 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Tarix: 1 Avqust 2021, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin