BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Osmanov: “Jirinovskinin açıqlamaları Rusiya ilə qonşu dövlətlərin münasibətlərinə xələl gətirmək cəhdidir”

“Vladimir Jirinovskinin son müsahibəsi onu göstərir ki, onun psixi pozğunluğu var. Onun açıqlamaları elə Rusiyanın özünün əleyhinədir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, Jirinovskinin açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir: “Belə açıqlamalar Rusiya ilə qonşu dövlətlərin münasibətlərinə xələl gətirmək cəhdidir. Biz həmişə bu insanın ritorikasında təhqir, zorakılıq, insanları aşağılamaq, qadınlara qarşı şiddət görmüşük. O, əvvəllər də təxribat xarakterli açıqlamalar verib. Belə görünür ki, o, hansısa siyasi dairələrdən tapşırıqlar alır. Jirinovski Azərbaycanla bağlı absurd fikirlər səsləndirib, xəbəri yoxdur ki, ölkəmiz 30 ildir, müstəqildir, güclü və qüdrətli dövlətdir. Azərbaycanın Ermənistandan başqa, qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətləri yüksək səviyyədədir. Bu ilin iyulun 20-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyada səfərdə olub. Bu səfər və yeni siyasi reallıqlarla bağlı müzakirələr iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olmasını göstərdi. Rusiyanın bəzi siyasətçiləri Ermənistanı öz əyalətləri hesab edirlərsə, öz işləridir. Jirinovski Azərbaycana dil uzada bilməz, cavabını verərik. Düşünürəm ki, belə şəxslərə fikir verməmək daha yaxşı olar. Çünki Jirinovskinin psixi pozğunluğu açıq şəkildə görünür. O, açıqlamaları ilə Rusiyanı da pis vəziyyətdə qoyur”.

 

C.Osmanov qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində haqqı-ədaləti bərpa edib, ərazi bütövlüyünü təmin edib: “Jirinovski kimilər Azərbaycanla təhdid dilində danışa bilməz. Müharibə dövründə və sonrakı müddətdə Azərbaycandakı siyasi partiyalar vahid mövqedən çıxış etdilər. Buradan görünür ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Bir daha qeyd edirəm ki, kimsə bizimlə təhdid dili ilə danışa bilməz”.

 

Kənan

Tarix: 1 Avqust 2021, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin