BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan boksçusu yarımfinalda uduzaraq bürünc medal qazanıb

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti döyüşünü keçirib.

 

Pravda.az-ın məlumatına görə, Avropa Oyunlarının qalibi yarımfinalda kubalı Olimpiya və dünya çempionu Arlen Lopeslə üz-üzə gəlib.

 

İlk görüşdə özbəkistanlı Dilşotbek Ruzmetovu, ardınca türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə məğlubiyyətə üzülüb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Dominqes rəqibinə 0:5 (28:29, 28:29, 28:29, 28:29, 28:29) hesabı ilə məğlub olub.

 

Nəticədə Alfonso Tokio-2020 Yay Olimpiya Oyunlarını bürünc medalını rəsmiləşdirib. Bu, Azərbaycan millisinin Yaponiyanın paytaxtında ikinci mükafatı olub. Onadək cüdoçu İrina Kindzerska (+78 kq) da Olimpiadanı 3-cü yerdə bitirib.

 

Qeyd edək ki, Tokioya 44 idmançı ilə yollanan millimizin heyətində artıq 26 atlet çıxışını bitirib.

Tarix: 1 Avqust 2021, 14:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin