BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 6 aylıq körpə öldü

Azərbaycanda 6 aylıq körpə ölüb.

 

Pravda.az-ın xəbərinə görə, ötən il iyul ayında anadan olan Cavadov Sübhan Niyaməddin oğlu yanvarın 27-də valideynləri tərəfindən onda yaranmış "qəbzlik" və "qusma" şikayətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu şöbəsinə müraciət edib. Uşağa həkim tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

 

Yanvarın 29-da uşaq həmin şikayətlərlə yenidən xəstəxanaya aparılıb. İlkin müayinələr zamanı S. Cavadova “bağırsaq keçməziliyi” diaqnozu qoyulub və təcili Bakıda yerləşən xəstəxanalardan birinə aparılması məsləhət görülüb.

 

6 aylıq körpə Bakıya gətirilərkən yolda ölüb.

 

Uşağın atası Niyaməddin Cavadov övladının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edərək bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma başlanıb.APA

Tarix: 31 Yanvar 2020, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin