BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyanın namizədliyi irəli sürüldü

Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyası Baş nazir əvəzi Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini rəsmi olaraq irəli sürüb.

 

Fraksiyanın katibi Nazeli Baqdasaryan parlament çoxluğunun qərarını özünün “Facebook” səhifəsində paylaşıb.  Ermənistan Konstitusiyasına əsasən, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi yubanmadan Baş nazir vəzifəsinə təsdiqləyir.

 

Qeyd edək ki, yeni seçilmiş Ermənistan parlamentinin bu gün ilk iclası keçirilir.

Tarix: 2 Avqust 2021, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin