BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldəniz Səlimovla bağlı qərar verildi

Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

 

Pravda.az-ın məlumatına görə, iclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimatına baxılıb.

 

E. Səlimov iclasda çıxış edərək əməlini etiraf edib, üzr istəyib.

 

İntizam komissiyası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub.

Tarix: 2 Avqust 2021, 13:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin