BURADA REKLAMINIZ OLA
BİLƏR

Cərimələr artırıldı: 1600 manat

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündən meydana qəsdən heyvan buraxılmasına görə sanksiyalar sərtləşdirilib.

 

İntizam Məcəlləsində daha əvvəl yalnız azarkeşlərin bu cür hərəkətinə görə cərimə nəzərdə tutulurdusa, artıq klub rəsmiləri və ya futbolçuların da analoji addımına görə cərimə tətbiq olunacaq.

 

Məcəllədəki dəyişikliyə əsasən, oyun zamanı azarkeşlərin qəsdən meydana hər hansı heyvan buraxmasına görə yerli komanda 800 manat məbləğində cərimə olunacaq. Bu qərar qonaq komandanın fanatlarına da şamil olunur. Həmçinin, azarkeşin stadiona heyvanla daxil olması da meydan sahibi klubu 800 manat xərcə salacaq.

 

Rəsmi şəxslər və ya futbolçuların oyun zamanı qəsdən meydana hər hansı heyvanın buraxarsa, səbəbkar klub 1 600 manat cərimələnəcək.

Tarix: 2 Avqust 2021, 13:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin