BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldəniz Səlimov İntizam Komissiyasının iclasında ağlayıb? - AÇIQLAMA

"Eldəniz Səlimov İntizam Komissiyasının iclası zamanı hadisəni törətdiyini etiraf edib, peşmanlığını bildirdi. Baş vermiş hadisə ilə bağlı üzr istədi".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.

 

Fəzail Ağamalı

 

Deputat bildirib ki, komissiya üzvləri də baş vermiş hadisə ilə bağlı Eldəniz Səlimovu qınayıblar: "Bu gün keçirilən toplantıda Respublika prokuroru Kamran Əliyevin  “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisin sədri Sahibə Qafarovaya ünvanladığı müraciətə baxıldı. İntizam Komissiyasının sədri Eldar İbrahimov komissiya üzvlərini məktubun məzmunu ilə tanış etdi və daha sonra Eldəniz Səlimova söz verildi. Deputat hadisəni törətdiyini etiraf edib, peşmanlığını bildirdi. Baş vermiş hadisə ilə bağlı üzr istədi. Komissiya üzvləri də hadisə ilə bağlı deputatın hərəkətini pislədilər. Həmçinin bu hərəkətin millət vəkilinə yaraşmadığını vurğuladılar".

 

Sədr müavini sosial şəbəkələrdə müzakirə olunan - Eldəniz Səlimovun iclasda kövrələrək ağlaması barədə bildirib ki, "nə görməmişəm, nə də hiss etməmişəm".

 

Qeyd: İntizam komissiyası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub.

 

Nəzrin Cavid

Tarix: 2 Avqust 2021, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin