BURADA REKLAMINIZ OLA
BİLƏR

Rıza Kayaalp bürünc medal qazandı

Türkiyə güləş yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

 

Yunan-Roma güləşçisi Rıza Kayaalp 130 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib.

 

9 dəfə Avropa, 4 dəfə dünya çempionu olan, həmçinin 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarını qazanan məşhur türkiyəli pəhləvan bürünc medal uğrunda görüşdə iranlı Amin Mirzəzadəni 7:2 hesabı ilə məğlub edib.

 

Bu çəkinin qalibi kubalı Mijain Lopes Nunyes olub. O, finalda Gürcüstan təmsilçisi Yakobi Kajaya üzərində 5:0 hesabı ilə qalib gələrək, Olimpiya çempionluğunu qazanıb.

 

Qeyd edək ki, Türkiyə yığması Tokio-2020-də hələlik 1 qızıl, 4 bürünc medal qazanıb.

Tarix: 2 Avqust 2021, 16:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin