BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan idmançıları 2 medal və 2 final üçün mübarizə aparacaq

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

 

Bu gün Azərbaycan yığmasının dörd idmançısı qüvvəsini sınayacaq.

 

Onlardan ikisi yarışa start verəcək. Atlet Nazim Babayevlə yunan-Roma güləşçisi İslam Abbasov finala vəsiqə uğrunda mübarizə aparacaq.

 

Bir gün öncə yarışa qoşulan digər iki güləşçimiz isə bürünc medal ümidi ilə yarışacaq. Qadın güləşində Elis Manolova, yunan-Roma güləşində isə Rafiq Hüseynov öncə təsəlliverici, qələbə təqdirində isə üçüncülük qarşılaşmasına çıxacaq.

 

3 avqust

 

04:00. Atletika, üçtəkanla tullanma. Kişilər, təsnifat mərhələsi. Nazim Babayev

06:00. Yunan-Roma güləşi. 77 kq. Təsəlliverici görüş. Rafiq Hüseynov – Lamyed Maafi (Tunis)

06:00. Yunan-Roma güləşi. 87 kq. 1/8 final. İslam Abbasov – Daniel Qreqoriç Heçavarria (Kuba)

06:07. Qadın güləşi. 68 kq. Təsəlliverici görüş. Elis Manolova – Mirim Jumanazarova (Qırğızıstan)

Tarix: 3 Avqust 2021, 00:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin