BURADA REKLAMINIZ OLA
BİLƏR

Ölkə ərazisində toz dumanı müşahidə olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən, 31 yanvar 2020-ci il tarixində gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. Hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur.

 

Bu barədə Pravda.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

 

Buna səbəb son iki gün əzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz dumanının daxil olmasıdır.

 

Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur.

 

Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunması nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.

Tarix: 31 Yanvar 2020, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin