BURADA REKLAMINIZ OLA
BİLƏR

"Delta" ştammına görə karantin məhdudiyyətləri tətbiq edilməyəcək

“Vaşinqton rəhbərliyi yeni “delta” ştammına görə, ölkədə yenidən karantin məhdudiyyətləri tətbiq etmək niyyətində deyil”.

 

Bunu Ağ Evin mətbuat katibi Jen Psaki mətbuat konfransında deyib.

 

Psaki bildirib ki, 2020-ci ilin martında olduğu kimi, xidmət sahələrinin fəaliyyəti dayandırılmayacaq: “Yenidən iş sahələrində məhdudiyyətlər olmayacaq. İqtisadi sahədə çox irəliləmişik… Prezident Co Baydenin dediyi kimi, səhiyyə mütəxəssislərinin tövsiyələrinə əsaslanaraq addım atılacaq”.

 

Psaki, həmçinin ölkədə məcburi peyvənd tətbiq edilməsinə də münasibət bildirib: “Məcburi peyvəndin tətbiq edilməsi müzakirə edilməyib. Lakin işəgötürənlər işçilərinin peyvənd edilməsini tələb etmək hüququna sahibdirlər”.

 

APA

Tarix: 3 Avqust 2021, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin