BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəzail Ağamalı şəhid ailələri ilə görüşdü - VİDEO - FOTOLAR

60 saylı Salyan-Neftçala secki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı seçicilərlə növbəti görüşünü Qaraçala qəsəbəsi ərazisində yerləşən “Şəhidlər xiyabanı”nı ziyarət etməklə başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, hər bir şəhid ayrı-ayrılıqda anılıb, məzarları üzərinə tər çiçəklər düzüldükdən sonra ruhlarına dualar oxunub.

 

Şəhid məzarlarının ziyarətindən sonra deputatlığa namizəd şəhid ailələri və kənd ağsaqqalları ilə görüşlər keçirib.

 

Fəzail Ağamalı şəhid anaları Qubadova Tahirə, Mustafayeva Nübar, Xəlilova Humayı,İsayeva Arəstə, şəhid İslam Ağayevin həyat yoldaşı Ağayeva Şəhla, tanınmış kənd ağsaqqallarından İmanverdiyev Mansur və digərlərilə görüşüb.

 

Görüşlərdə şəhid ailələri üzərində dövlət qayğısının üzərində dayanılıb, şəhid ailələrinin sosial problemlərinin həlli ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Fəzail Ağamalının şəhid ailələrinə ziyarəti yüksək qiymətləndirilib.

 

Seçicilər fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində Fəzail Ağamalıya uğurlar arzulayıb.

 

Fotoları təqdim edirik
Tarix: 31 Yanvar 2020, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin