BURADA REKLAMINIZ OLA
BİLƏR

Mübariz Mənsimov: “Rəsulzadə Azərbaycanın tarixi, bugünü və gələcəyidir” - VİDEO

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin anadan olmasının 136-cı ildönümü ilə bağlı təbrik ünvanlayıb.

 

Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:

 

“Bu gün Şərq aləmində ilk demokratiyanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin anadan olmasının 136 yaşı tamam olur. Xalqın qəlbində sönməz müstəqillik məşəlini yandıran bu kişi sübut etdi ki, azadlıq eşqiylə bir kərə yüksələn bayrağı bir daha heç bir güc endirə bilməyəcək. Çağdaş Azərbaycanımızın tarixində bundan ünlü tarix yoxdur və ola bilməz, çünki 136 il əvvəl millətimizi, xalqımızı ən müqəddəs nemətlər olan azadlıq və müstəqillik xəbərləri ilə müjdələn bir insan övladı dünyaya gəldi. Türk ırkının ilk cümhuriyyətçisi Məhəmməd Əmin Rəsulzadə qəlblərdə elə bir mövqedədir ki, o zirvəyə kimsənin atdığı daş çatmaz. Rəsulzadə bir imza, Müstəqillik imzasıdır. Rəsulzadə Azərbaycanın tarixi, bugünü və gələcəyidir. Bu tarix münasibəti ilə hər bir soydaşıma millətimizin Qurucu Atası olan Məmməd Əmin Rəsulzadənin miras qoyduğu Azərbaycanın azadlığını və müstəqilliyini əbədi etmək uğrunda daim zəfərlə bitən mübarizələr arzulayıram. Əmanətin əmanətimizdir, Dahi Öndər! Adın ürəklərə yazılıb, biz də okeanlara daşıdıq. Ruhun şad olsun, Böyük Lider!”

 

Tarix: 31 Yanvar 2020, 12:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin