BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənini udub medal qazanan Rafiqdən AÇIQLAMA

Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanması haqqında danışıb.

 

Pravda.az xəbər verir ki, o, qələbənin hansı ölkə təmsilçisi üzərində qazanılmasının fərq etmədiyini bildirib:

 

“Çox sevinirəm ki, Olimpiya medalı qazandım. Bütün turnirlərdə medallar qazanmışdım və tək Olimpiada medalım yox idi. Hər dəfə bir problem çıxırdı ortaya. Nəhayət bu dəfə lisenziya qazandım və Tokioya gəldim. Erməni və ya digər millətdən olan idmançıya fərq qoymuram. Çünki bu, düzgün yanaşma deyil. Ermənini udanda qəhrəman olursan, uduzanda gərək xalq düşməni olasan? Buna görə də fərq qoymuram. Ən böyük uğur medaldır. Bu, atamın qələbəsidir”.

 

Xatırladaq ki, R. Hüseynov erməni güləşçi Karapet Çalyana qalib gələrək bürünc medala sahib olub.

Tarix: 3 Avqust 2021, 15:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin