BURADA REKLAMINIZ OLA
BİLƏR

Zavodda partlayış olub, 5 Türkiyə vətəndaşı ölüb - YENİLƏNDİ

Rusiyanın Orlov vilayətində rezin zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin hamısı Türkiyə vətəndaşı olub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Orlov vilayətinin qubernatoru Andrey Klışkov "Rossiya 24" kanalına müsahibəsində bildirib.

 

O qeyd edib ki, partlayış nəticəsində 5 nəfər həyatını itirib.

 

***

13:02

 

Bu gün Rusiyanın Orlov vilayətində zavodda partlayış baş verib.

 

Pravda.az-ın verdiyi xəbərə görə, hadisə vilayətin Mçensk şəhərində qeydə alınıb.

 

Bildirilib ki, hadisə nəticəsində zavodun tavanı çöküb, 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Bir nəfər isə dağıntılar altında qalıb.

 

Hadisənin baş vermə səbəbi araşdırılır.APA

Tarix: 31 Yanvar 2020, 15:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin