BURADA REKLAMINIZ OLA
BİLƏR

“Asqo” ləqəbli sürücü qəzanı necə törədib? - Qaradağdakı qəzanın TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, avqustun 2-də saat 19 radələrində  Sanqaçal qəsəbəsi ərazisində qəsəbə sakini M.Əhmədov idarə etdiyi "Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Taleh Aqamedovu vuraraq öldürüb və özü isə xəstəxanaya yerləşdirilib.

 

Pravda.az-ın xəbərinə görə, qəzanı törədən "Toyota” markalı avtomobilin sürücüsü M.Əhmədov epilepsiya xəstəsidir.

 

Belə ki, M.Əhmədov avtomobili idarə edən zaman qıcolması tutub və o, tormoz əvəzinə qaz əyləcini sıxıb. Nəticədə idarəsində olduğu 90-FD-955 dövlət nömrə nişanlı "Toyota Prado” markalı avtomobilə nəzarəti itirdiyindən idarəetmədən çıxaraq yol kənarında hərəkətdə olan piyadanı vurub. Daha sonra isə yolun kənarında dayanmış 3 maşınla -"Opel”, "VAZ-2107” və "VAZ-21015” markalı avtomobillə toqquşub.

 

O, qəsəbədə "Asqo” ləqəbli ilə tanınır.

 

Qaynarinfo

Tarix: 3 Avqust 2021, 16:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin