BURADA REKLAMINIZ OLA
BİLƏR

General Hikmət Həsənova yeni vəzifə verildi

Hikmət Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəhbəri general-mayor Heydər Piriyevə müavin təyin edilib.

 

Pravda.az xəbər verir ki, general Hikmət Həsənov Ali Hərbi Məktəbinin rəhbəri general-leytinant Heydər Piriyevin müavini vəzifəsinə təyinat alıb.

 

Müdafiə naziri general - polkovnik Zakir Həsənovun əmri ilə general Hikmət Həsənov bundan əvvəl tutduğu vəzifəsindən azad olunub.

 

Qeyd edək ki, 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir. Hazırda General-leytenant Heydər Kamal oğlu Piriyev həmin vəzifədə xidmət edir.

 

Sfera.az

Tarix: 3 Avqust 2021, 21:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin