BURADA REKLAMINIZ OLA
BİLƏR

İnqilab İsmayılov küçəsində hərəkət məhdudlaşdırılacaq - Sürücülərin NƏZƏRİNƏ

Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində təmir işlərinə başlanılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Pravda.az-a verilən xəbərə görə, bununla əlaqədar yanvarın 31-dən fevralın 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

“Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edirik”, - məlumatda bildirilir.

Tarix: 31 Yanvar 2020, 13:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin