BURADA REKLAMINIZ OLA
BİLƏR

Etibar Mirzəyev: "Türkiyədəki yanğınların söndürülməsində istədiyimizə nail oluruq"

"Bildiyiniz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyədə baş verən meşə yanğınlarını söndürmək üçün canlı qüvvə və texnika Türkiyəyə göndərilib".

 

Pravda.az-ın məlumatına görə, bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

 

"Artıq 4 gündür ki, buradayıq. Muğla bölgəsi istiqamətindəki yanğınların söndürülməsi ilə məşğuluq və istədiyimizə də nail oluruq. Yerli türk qardaşlarımızla birgə bu işi davam etdiririk", - deyə E.Mirzəyev bildirib.

 

Report

Tarix: 4 Avqust 2021, 01:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin